Artroskopik Oynaq Cərrahiyyəsi
Kiçik kəsiklərdən kamera ilə oynağın içini görüb menisk, bağ və qığırdaq zədələrini müalicə edən müasir cərrahi üsul.
ƏtraflıSümük və oynaqlarda anadangəlmə və ya travma sonrası yaranmış əyriliklərin, fırlanma və qısalmaların cərrahi yolla düzəldilməsi.
Deformasiya cərrahiyyəsi sümüyün və ya oynağın düzgün olmayan formasını, oxunu və fırlanma bucağını bərpa etməyə yönəlmiş əməliyyatları əhatə edir. Deformasiya anadangəlmə ola bilər, böyümə dövründə və ya sınıqdan sonra yarana bilər. Məqsəd yükün oynağa bərabər düşməsi, ağrının azalması və yerişin yaxşılaşmasıdır. Müalicə planı müayinə və rentgen ölçmələrindən sonra fərdi olaraq müəyyən edilir.
Bu məlumat maarifləndirici xarakter daşıyır və həkim müayinəsini əvəz etmir. Diaqnoz və müalicə üçün həkim müayinəsi vacibdir.
Hər müdaxilə klinik müayinə, görüntüləmə və fərdi qiymətləndirmə əsasında planlaşdırılır.
Uzun müddət hərəkətsiz qalmış və ya qısalmış yumşaq toxumalar oynağın tam açılmasına mane olur. Əməliyyat zamanı bu toxumalar boşaldılır və oynağın hərəkət həcmi genişləndirilir.
Budun daxil hissəsindəki adduktor əzələləri həddindən artıq gərgin olduqda ayaqlar bir-birinə yaxınlaşır və yeriş çətinləşir. Gərgin vətərlər cərrahi yolla uzadılır, ayağın yana açılması asanlaşır.
Bud sümüyü içəri və ya çölə həddindən artıq fırlanmış olduqda sümük planlaşdırılmış səviyyədə kəsilir, düzgün bucaqda çevrilir və metal konstruksiya ilə sabitlənir. Fırlanma dərəcəsi əməliyyatdan əvvəl ölçülərlə hesablanır.
Ayaqların içəriyə (O forması) və ya çölə (X forması) əyilməsi diz qığırdağının bir tərəfinə artıq yük salır. Ox düzəldiləndə yük dizin hər iki tərəfinə daha bərabər paylanır.
Bəzən sınıq əyri və ya qısa vəziyyətdə qovuşur, qol və ya ayaq forma və uzunluğunu itirir. Sümük planlaşdırılmış yerdən yenidən kəsilərək düzgün vəziyyətdə birləşdirilir.
Düz ayaq, içəri dönmüş pəncə və barmaq əyrilikləri ayaqqabı geyinməyi və uzun yeriməyi çətinləşdirə bilər. Müalicə yumşaq toxuma müdaxiləsindən sümük korreksiyasına qədər dəyişir və müayinədən sonra seçilir.
Şikayətlərin məxfi dinlənilməsi, müayinə və lazımi analiz/görüntüləmənin planlanması.
Nəticələrin qiymətləndirilməsi və müalicə variantlarının xəstə ilə aydın müzakirəsi.
Mümkün olduqda qapalı, az ağrılı müasir üsullarla icra olunan müalicə.
Sağalma dövründə kontrol görüşləri, tövsiyələr və WhatsApp əlaqəsi.
Kiçik kəsiklərdən kamera ilə oynağın içini görüb menisk, bağ və qığırdaq zədələrini müalicə edən müasir cərrahi üsul.
ƏtraflıAşınmış diz və ya bud-çanaq oynağının süni protezlə əvəz olunması; məqsəd ağrını azaltmaq və hərəkəti bərpa etməkdir.
ƏtraflıBilək, əl, önqol, ayaq biləyi, bud və baldır sınıqlarının gips və ya cərrahi fiksasiya ilə düzgün mövqedə qaynaması üçün müalicəsi.
ƏtraflıUşaqlarda sümük, oynaq və böyümə zonası problemlərinin, eləcə də uşaq sınıqlarının yaşa uyğun müayinəsi və müalicəsi.
ƏtraflıMəşq və yarış zamanı yaranan bağ, menisk, vətər və əzələ zədələrinin müayinəsi, müalicəsi və idmana qayıdış planı.
ƏtraflıSınıq, oynaq ağrısı və hərəkət məhdudiyyətində vaxtında müraciət nəticəni dəyişir. Suallarınızı birbaşa verin və ya qəbula yazılın.